İsrail Liviya seçkilərində Həftərin oğlunu dəstəkləyir

İsrail Liviya seçkilərində Həftərin oğlunu dəstəkləyir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “The Washington Free Beacon” internet qəzetinə görə, İsrail kəşfiyyat orqanı bu ay Liviya silahlıları komandirinin oğlu Səddam Həftərlə gizli görüş keçirib.

Bu görüşdə sionist rejimin bu ölkənin 2021-ci il seçkilərində Səddam Həftərin namizədliyini dəstəklədiyi bildirilib.

Həftər seçki kampaniyasında gizli şəkildə Qərbin dəstəyinə ehtiyac duyurdu.  Bu dəstəklə seçki rəqibi, keçmiş Liviya diktatorunun oğlu Seyfulislam Qəddafini üstələyəcəyi gözlənilir.

Bu seçkilərdə Həftərin qələbəsi, Sionist rejim ilə bu rejimi tanımayan Liviya arasındakı münasibətlərin normallaşmasına səbəb ola bilər.

Həftər İsrail kəşfiyyatının nümayəndələri ilə gizli görüşü zamanı bölgədəki vəziyyət və ölkəsində sabitlik, sülh və demokratiya istəkləri barədə danışıb.

İsrail kəşfiyyat orqanlarının Həftərin atasını dəstəklədiyi çoxdan ehtimal verilirdi, amma işğalçı rejim indiyədək bunu ictimailəşdirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =