İsrail mətbuatı: Biz Hizbullahın İHA-larına qarşı müdafiəsizik

İsrail mətbuatı: Biz Hizbullahın İHA-larına qarşı müdafiəsizik

srail mətbuatı rejim ordusunun Hizbullahın İHA-larına qarşı müdafiədə zəif olduğunu etiraf edərkən, xüsusilə dünənki hücumdan sonra ordunun radar və aşkarlama sistemlərindəki çatışmazlıqlar müzakirə olunmağa başladı.

İsrail mətbuatı ölkəyə atılan pilotsuz uçuş aparatlarına (PUA) qarşı rejim ordusunun zəif olduğunu etiraf edib.

Bu kontekstdə müxtəlif hadisələrə toxunan media, ən son olaraq Livandan İsrail hava məkanına daxil olan şübhəli PUA-nın dünən təsbit edilərək radarlardan itdiyini bildirdi. Qolani bazasındakı insidentin təkrarlanmaması üçün məskunlaşanlara sığınacaq ərazilərinə köçmələri barədə xəbərdarlıq edilib.

İbranidilli Walla saytının hərbi şərhçisi Amir Boukhbout, İHA təhlükələrinə qarşı mübarizədə əhəmiyyətli bir əməliyyat boşluğunun olduğunu bildirdi.

Ekspert bildirib ki, bu vəziyyət təkcə bu gün deyil, xüsusilə 2023-cü il oktyabrın 7-də bir qrup HƏMAS üzvünün planerlərlə İsrail yaşayış məntəqələrinə girərək aşkar edilmədən hücum həyata keçirməsindən sonra özünü büruzə verib.

Boukhbout-un sözlərinə görə, PUA-ların aşkarlanması, izlənməsi və dayandırılması çox mürəkkəb prosesdir.

Hizbullah öz PUA-larını nəzarəti çətin olan topoqrafik ərazilərdən, əsasən, mobil buraxılış qurğularından istifadə edərək havaya buraxır və bu maşınlar sürətlə İsrailin hava məkanına daxil olur.

İHA-ların aşağı radar imzası sayəsində onlar sıx məskunlaşan ərazilərdə aşağı hündürlükdə uçur və Hərbi Hava Qüvvələrinin onları dayandırmaq imkanlarını məhdudlaşdırır.

Bu, xüsusilə sakinlərə və ya binalara zərər vurma riski ilə bağlı daha çox narahatlıq yaradır.

Boukhbout, ordunun bu boşluğu aradan qaldırmaq üçün geniş ərazilərə radar və sensorlar quraşdırdığını, lakin “hələ də mükəmməl müdafiə əldə olunmadığını” vurğuladı.

Boukhbout, həmçinin dünənki hadisədə İHA-nın radarlardan itməsinin İsrail Hərbi Hava Qüvvələrinə hesabat verən kəşfiyyat bölməsinin uğursuzluğu olduğunu və bu vəziyyətin Qolani hücumundan heç də az ağrılı olmadığını bildirib.

İHA-ların yaratdığı təhlükə xüsusilə Suriyadakı müharibə və Ukrayna böhranı zamanı üzə çıxdı.

Lakin Boukhbout bildirib ki, İHA-larla işləməkdə dəfələrlə baş verən uğursuzluqlar hava hücumundan müdafiə sisteminin illər ərzində kifayət qədər inkişaf etməməsi ilə bağlıdır.

Dünən Hizbullah İsrailin baş naziri Binyamin Netanyahunun evinə pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Haaretz qəzetinin hərbi analitiki Amos Harel vurğuladı ki, Hizbullahın bu hücumu təşkilatın “planlı və dəqiq kəşfiyyat məlumatı toplamaq” qabiliyyətini göstərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =