İsrail mediası: Qəzzada Sinvardan da təhlükəli biri var

“Kölgə adam” adlanan bu şəxsin Xan Yunisdə olduğunu yazan Yediot Ahronot qəzeti şəhid Yəhya Sinvarın qardaşının onun ən təhlükəli bir şəxs olduğunu vurğulayıb.
Sizinyoun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Yediot Ahronot qəzeti dünən axşamkı (16 fevral) sayındakı məqalənin giriş hissəsində yazır: O, sərt və hazırcavabdır. Kölgə adamın İsrailə olan nifrəti qardaşından az deyil.
Təfsilatı ilə yazılan bu məqalənin bir hissəsində deyilir: Məhəmməd Sinvar 20 il əvvəl, məhz 2005-ci ilin yanvarında İsrail Daxili Təhlükəsizlik Xidmətinin (Şabakın) diqqətini özünə çəkmişdi. O vaxt onun 30 yaşı var idi və Həmas hərbi qanadının yüksələn simalarından biri hesab olunurdu.
Keçmiş yüksək rütbəli Şin Bet rəsmisi deyir ki, Məhəmməd Sinvar Xan Yunisin ətrafındakı Şin Betin həbslərini diqqətlə nəzərdən keçirib. Məhəmməd Sinvar həqiqətən də İsrail qüvvələrinə yaxınlaşmışdı deyə biz də onu sorğu-sual etməzdən əvvəl bütün paltarlarını çıxartmağı əmr etdik və onu yalnız alt paltarında qoyduq. İsrail Daxili Təhlükəsizlik Xidmətinin keçmiş rəsmisi deyir ki, Odid Şaronun qətlindən sonra Şin Bet koordinatorları Məhəmməd Sinvarı öldürmək üçün çox cəhdlər edib.
Yediot Ahronot qəzeti həmçinin vurğulayıb: Hərbi qolun yeni lideri kimi Məhəmməd əs-Sinvar Qəzza zolağının ən güclü fiqurlarından biri və onun ən güclü hökmdarı hesab edilir.