İsrail Netanyahunun həbsindən qaçmaq üçün Trampa ümid bəsləyir
Sionist medialar İsrailin yalnız Haaqa Tribunalının qərarlarından xilas olmaq üçün Amerikadan kömək istədiyini, sadəcə Trampın Netanyahu və Qallantı bu çətin vəziyyətdən xilas edəcə biləcəyinə ümid etdiyini yazır.
Tasnim İnformasiya Agentliyinin məlumatına görə, Calcalist qəzeti bu gün (24 noyabr) bir məqalədə yazıb: Beynəlxalq Haaqa Məhkəməsinin Netanyahu və Qallantın həbsinə order verilməsi ilə bağlı qərarı, cəzanın tətbiqinə zəmin yarada bilər və İsrailə qarşı sanksiyaların tətbiqinə yol açması mümkündür. Hazırda İsrailin yeganə ümidi Donald Trampın iş başına keçməsidir.
Məqalənin müəllifi Moşe Qurlinin fikrincə, cümə axşamı çıxarılan bu hökmün nəticələrindən biri də İsrailin Beynəlxalq Cinayət Məhkəməsində törədilmiş cinayətlərdən sonrakı mühakimələri Yəhudeya və Samariyada və ya Qərb Sahilində (adlar heç əhəmiyyətli deyil, ittiham vacibdir) əsas olmasıdır.
Çünki həbs qərarı Qəzza məsələsi ilə bağlı bu qədər asan və aydın şəkildə verilmədi. Bizim törədilən cinayətlər üçün yetərli əsaslarımız olduğu bir halda bu qərar verildi. Amma Qərb sahili ilə bağlı bu problem daha böyük və daha mürəkkəb olacaq. Ona görə ki, bizim bunun üçün kifayət qədər əsaslandırmamız olmayacaq.