İsrail ona aid olmayan torpaqları işğal edib – Borrell

İsrail ona aid olmayan torpaqları işğal edib – Borrell

 İsrail bir tərəfdən beynəlxalq hüquqa görə ona aid olmayan torpaqları zəbt edib, digər tərəfdən bütün dünyaya sülh iddiası irəli sürə bilməz.Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Ona görə də gələn bazar ertəsi keçiriləcək AB-nin Xarici Əlaqələr Şurasında üzv dövlətlərə fələstinlilərə zorakılıq edənlərə qarşı tədbir görməyi tövsiyə edəcəyəm”, – Borrell bildirib.

AB rəsmisi eyni zamanda qeyd edib ki, Avropa İsrailə qarşı səsini ucaltmalıdır:

“Ümid edirəm ki, Qəzza zolağında fələstinlilərə qarşı zorakılığın dayandırılması üçün tədbirlər görəcəyik. 30 il əvvəl Oslo sazişinin imzalanmasına baxmayaraq, İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb”.v

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =