İsrail ordusu Fələstin məlumatları ilə süni intellekt modeli qurur

İsrail ordusu Fələstin məlumatları ilə süni intellekt modeli qurur

Araşdırmalar İsrail ordusunun 8200-cü bölməsi ələ keçirilən böyük həcmdə Fələstin rabitəsindən istifadə edərək, hərbi qurumun casusluq imkanlarını artırmaq məqsədi daşıyan ChatGPT-yə bənzər süni intellekt modeli yaratdığından xəbər verir.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Guardian qəzeti dünən gecəki (6 mart) sayında yazıb: Fələstinin +972 jurnalı və İbrani media orqanı Local Call-ın birgə araşdırması göstərir ki, İsrail ordusunun elektron dinləmə qolu olan 8200-cü bölməsi öz süni intellekt modelini çoxlu sayda ərəb telefon danışıqlarından və toplanan mətn mesajlarından istifadə edir.

Məlumatlı mənbələrə görə, bölmə monitorinq etdiyi insanlar haqqında suallara cavab verə bilən və geniş müşahidə məlumatlarının təhlilinə töhfə verə bilən mürəkkəb chatbot kimi alət yaratmaq məqsədi ilə işə başlayıb.

Bu bölmə 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan sonra bu sistemin inkişafını sürətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 7 =