İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq

İsrail ordusu HƏMAS-ın oktyabrın 7-dəki hücumu ilə bağlı daxili təhqiqata başlayacaq

İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücum və sonrakı hərbi əməliyyatlarla bağlı daxili təhqiqata başlayacaq.

Bu barədə Baş Qərargah rəisi Herçi Halevi deyib.

Onun sözlərinə görə, bu proses təxminən üç ay çəkəcək və ordunun bütün bölmələrinə şamil olunacaq: “Döyüş meydanındakı əməliyyat vəziyyəti hazırda belə bir təhqiqat keçirməyə imkan verir”.

Bununla bağlı araşdırmaların hərbi əməliyyatlar bitdikdən sonra başlanılması nəzərdə tutulurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =