İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib

İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib

Livan informasiya qaynaqları sionist rejimin ölkənin cənubunda Hizbullah hərbi hədəflərinə yeni silsilə hücumlar həyata keçirdiyindən xəbər verir.

İRNA-nın məlumatına əsasən, Livan mediaları bu gün səhər (2 sentyabr) ölkənin cənubundakı Livanın Bint-Cbeil qəsəbəsi ərazisində Hizbullah silahlı qüvvələrinin reaktiv yaylım atəşi sistemi və hərbi infrastruktur obyektlərinə hava zərbəsi endirildiyindən xəbər verir.

Məlumata görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Beyt Lif, Əl-Edeysa və Əl-Teibi kəndləri yaxınlığındakı Hizbullah hərbi hədəflərinə də hücum edilib.

Eyni zamanda Livan Hizbullahı bəyanat yayaraq ölkənin cənub bölgələrindən işğal olunmuş Fələstindəki sionist qəsəbələrini hədəfə aldığını elan edib.

Bəyanatda deyilir: İsrailin Əl Cəlil ordusunun Mitat düşərgəsində 8200 adlı hərbi mövqeyi də hədəf alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + five =