İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb

İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb

Oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.

Bu barədə İsrail Müharibə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bazar günü (13 oktyabr) “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”, – bəyanatda deyilir.

“Hadisə araşdırılır”, – hərbçilər əlavə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 16 =