İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərini bombardman edib

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərini bombardman edib

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə cavab zərbələri endirib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gün ərzində İsrailin şimalındakı Ərəb əl-Aramşe, Hanita və Dov dağı əraziləri istiqamətinə bir neçə raket və mərmi atışı qeydə alınıb. Son bir neçə saat ərzində SAXAL Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib”, – deyə məlumatda bildirilir.

İsrail hərbçiləri həmçinin Livanın cənubundakı Blida bölgəsindəki “Hizbullah”ın hərbi obyektini bombardman edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 2 =