İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək

İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək

İsrail hərbçiləri Livanda atəşkəs rejiminə ciddi şəkildə nəzarət edəcək.

Bunu İsrailin Müharibə Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Bu razılaşmanın pozulmasına qarşı cavab tədbirləri görüləcək”, – Halevi bildirib.

Noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra atəşkəs haqqında ilk saziş qüvvəyə minib. ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, İsrail və “Hizbullah” arasında razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən ölkə ərazisinə nəzarətin bərpasını nəzərdə tutur. Bundan sonra İsrail Ordusu tədricən Livandan çəkiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 2 =