İsrail Ordusu Netanyahunun Haşim Səfiyuddinlə bağlı iddialarını təsdiqləməyib

İsrail Ordusu Netanyahunun Haşim Səfiyuddinlə bağlı iddialarını təsdiqləməyib

İsrail ordusu Netanyahunun Beyrutdakı hücumda Hizbullahın yüksək rütbəli üzvü Seyid Haşim Safiyuddinin şəhid olması ilə bağlı iddiasını təsdiqləməyib.

Ordu sözçüsü Daniel Hagari mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

Netanyahunun Səfiyuddini öldürdükləri barədə bəyanatı ilə bağlı suala İsrail baş nazirinin iddiasını təsdiqləməyib.

O, oktyabrın 3-də Beyruta etdikləri hücumda Hizbullahın “kəşfiyyat mərkəzini vurduqlarını və Safiyuddin də bombalanan ərazidə” olduğunu iddia edib.

Sözçü sadəcə olaraq bildirib ki, hücumun nəticələrinin araşdırılması davam edir.

Axşam verdiyi açıqlamada Netanyahu Seyid Haşim Safiyəddini şəhid etdiklərini iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − seven =