İsrail ordusu: Qəzza zolağında şiddətli döyüşlər davam edir

Qəzza zolağında Fələstinin HAMAS radikal təşkilatına qarşı şiddətli döyüşlər davam edir.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, son saatda 130-dan çox radikal quruplaşma üzvü məhv edilib.
İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatları zamanı Qəzza zolağında terrorçuların infrastrukturuna zərbələr endirilib.
Bundan əlavə HAMAS-ın yüksək rütbəli zabitlərinin olduğu bir neçə komando qərargahının vurulduğu bildirilib.