İsrail ordusu Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqladı

İsrail ordusu Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqladı

“İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək”.

Bu açıqlama ilə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman çıxış edib.

“Bizim vəzifəmiz irəliləməyə davam etməkdir. Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik”, – deyə israilli general vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − thirteen =