İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb

İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb

Qəzza sektorunun şimalında Cəbəliyə bölgəsindəki döyüşlər müharibənin ən şiddətli döyüşlərindən biridir.

“Times of Israel” xəbər verir ki, bu barədə İsrail ordusundan (IDF) bildirilib.

Hərbçilər HAMAS silahlılarının tanklara və zirehli maşınlara çoxlu sayda qumbara atdıqlarını qeyd edir.

IDF indiyədək ərazidə 80-dən çox silahlının öldürüldüyünü açıqlayıb.

Bölgədə daha bir neçə yüz nəfərin ola biləcəyi isə təxmin edilir.

Həm açıq ərazidə, həm də tunellərdə gedən döyüşləri İsrail tərəfi müharibədə “güclü” və “ən şiddətli” döyüşlər kimi təsvir edir.

Cəbəliyə düşərgəsində dar xiyabanların olması burada tankların hərəkət etməsini çətinləşdirir.

Qeyd olunur ki, HAMAS tanklara qumbara atır, həm də partlayıcı qurğular quraşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 14 =