İsrail ordusu yemək üçün növbə gözləyən fələstinlilərə yenidən hücum edib

İsrail ordusu yemək üçün növbə gözləyən fələstinlilərə yenidən hücum edib

İsrail qüvvələri ərzaq almaq üçün humanitar yardım növbəsini gözləyən bir qrup fələstinliyə hücum edərək bir neçə fələstinlini qətlə yetirib.

Fələstin mediası bu gün səhər (çərşənbə axşamı) xəbər verib ki, İsrail qüvvələri qida almaq üçün humanitar yardım növbəsini gözləyən bir qrup Qəzzalıya hücum edib.

Fələstin mənbələri bu hücumun bu gün səhər saatlarında Qəzza şəhərinin Küveyt meydanında baş verdiyini və İsrail qüvvələrinin hücumundan sonra ən azı 9 fələstinlinin şəhid olduğunu bildirib.

Həmçinin, daha 20-yə yaxın insan yaralanıb və xilasedicilər onları Qəzza zolağındakı “Əş-Şifa” tibb kompleksinə köçürüb.

Bir neçə həftə əvvəl İsrail ordusu oxşar hərəkətlə un qəbul etmək üçün toplaşan bir qrup Qəzzalıya hücum etmişdi. Bu hücumdan sonra 100-dən çox fələstinli şəhid olub, yüzlərlə insan isə yaralanıb.

Qəzza zolağında müharibə başlayandan (7 oktyabr) İsrail ordusu 31 mindən çox fələstinlini şəhid edib.

Qəzzanın Səhiyyə Nazirliyi bundan əvvəl verdiyi açıqlamada şəhidlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu açıqlamışdı.

Qəzza zolağı İsrail qüvvələrinin mühasirəsindədir və bu bölgənin əhalisi tibbi ləvazimat və qidaya ciddi ehtiyac duyur.

Qida karvanlarında ciddi yoxlamalardan sonra İsrail ordusu bu yük maşınlarının Qəzza zolağına daxil olmasına çətinliklə icazə verir. Bu karvanların Qəzza zolağının şimalına getməsinə isə icazə verilmir.

Bəzi hallarda israilli mühacirlər Qəzza zolağının ətrafına toplaşır və ərzaq daşıyan karvanların bu əraziyə daxil olmasına mane olur.

İndiyədək Qəzza zolağında aclıqdan 27 fələstinli həyatını itirib və “Əl-Cəzirə” kanalı son hesabatında bu insanların əksəriyyətinin uşaq olduğuna diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 3 =