İsrail ordusunun polkovniki Qəzzada həlak oldu

İsrail ordusunun polkovniki Qəzzada həlak oldu

Qəzza zolağının şimalında döyüşlər nəticəsində İsrail Müdafiə Ordusunun daha bir hərbçisi, 33 yaşlı polkovnik-leytenant Salman Xabka ölüb.

Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, o, Yanux-Catada yerləşən 188-ci “Usbat Barak” zirehli tank briqadasının 53-cü taborunun komandiri olub.

Məlumata görə, Salman Xabka oktyabrın 7-də Beeri qəsəbəsinin HƏMAS silahlılarından azad edilməsi əməliyyatında fəal iştirak edib.

Bildirilib ki, oktyabrın 31-dən noyabrın 2-dək Qəzza zolağında HƏMAS-a qarşı keçirilən quru əməliyyatları nəticəsində İsrailin 18 hərbçisi ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + four =