İsrail ordusunun Qəzzada daha 3 hərbçisi ölüb

İsrail ordusunun Qəzzada daha 2 zabiti və 1 əsgəri ölüb.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.
Onların hamısının Qəzza zolağında həlak olduğu qeyd edilib.
Beləliklə, oktyabrın 7-dən İsraillə HAMAS arasında qarşıdurmalarda 433 İsrail hərbçisi ölüb.