İsrail polisi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib

İsrail polisi Təl-Əvivdə hökumət əleyhinə keçirilən nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Tel-Əvivdə hökumət binaları kompleksi yaxınlığında yüzlərlə etirazçı təhlükəsizlik qüvvələrinin evlərinə qayıtmaq tələbinə məhəl qoymur” – məlumatda deyilir.
Agentliyin məlumatına görə, icazəsiz mitinq iştirakçıları növbədənkənar seçkiləri dəstəkləyən şüarlar səsləndirir və baş nazir Benyamin Netanyahunun istefasını tələb edirlər.
Hüquq-mühafizə orqanları Təl-Əvivdə Müdafiə Nazirliyi kompleksi yaxınlığında ictimai asayişi pozan beş nəfərin artıq həbs olunduğunu təsdiqləyib.