İsrail Prezidenti: Atəşkəs haqqında sazişin bağlanması düzgün və zəruri addımdır

Qəzza zolağında atəşkəs haqqında sazişin bağlanması və girovların azad edilməsi düzgün və zəruri addımdır.
APA xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq xalqa müraciəti zamanı bildirib.
O qeyd edib ki, indi münaqişə tərəfləri bu addımı atmağa və vəziyyəti düzəltməyə borcludurlar.
“Mən İsrailin Prezidenti kimi birmənalı şəkildə deyirəm: bu düzgün addımdır, bu mühüm addımdır, bu zəruri addımdır”, – Hersoq qeyd edib.