İsrail Prokurorluğu Netanyahuya xəbərdarlıq edir

İsrail Prokurorluğu Netanyahuya xəbərdarlıq edir

İsrail Baş Prokurorluğu Baş nazir Netanyahunun cinayət işləri ilə bağlı ifadəsinin 10 həftə təxirə salınması tələbini rədd etdi; Vəkilləri fövqəladə hallarla əlaqədar iclasın iki ay yarım təxirə salınmasını istəyirlər.

İsrail Baş Prokurorluğu Baş nazir Benyamin Netanyahunun ona qarşı açılan cinayət işlərindəki ifadəsinin 10 həftə təxirə salınması tələbini rədd edib.

KAN televiziyası prokurorluğun bu mövqeyi hökumətin hüquq müşaviri Qali Behraf Mayara ilə koordinasiyada müəyyən etdiyini açıqlayıb.

İctimai maraq tələb edir ki, məhkəmə prosesləri gecikdirilmədən davam etdirilsin”, – prokurorluq bildirib.

“Müraciətə ətraflı baxaraq və təxirə salınma ilə bağlı əvvəlki vəsatətləri nəzərə alaraq, bu cinayət işi üzrə yeni möhlət tələbinə qarşıyıq”, – deyə məlumatda bildirilir.

Netanyahunun müdafiəçiləri Qüds Mərkəzi Məhkəməsinə müraciətlərində müharibə zamanı yaşanan fövqəladə hallar səbəbilə Netanyahunu ifadə verməyə hazırlaya bilmədiklərini bildirərək , bu dəfə ifadənin iki ay yarım təxirə salınmasını istəyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =