İsrail Qəzzada 3 məhbusunu öldürüb
Əl-Qəssam Briqadalarının hərbi sözçüsü səkkiz yaralı sionist məhbusdan üçünün ölümünə toxunaraq, yaxın günlərdə ölən məhbusların adlarını və şəkillərini açıqlayacağını bildirib. Bu məhbuslar Tel-Əvivin aviazərbələri zamanı yaralanıblar.
Əl-Qəssam Briqadalarının (Fələstin HƏMAS hərəkatının hərbi qolu) hərbi sözçüsü Əbu Ubeydə dünən yaralanan səkkiz israilli məhbusdan üçünün bu gün öldüyünü açıqlayıb. Bu məhbuslar sionist döyüşçülərin hücumları nəticəsində yaralanıblar.
Səma xəbər agentliyi Əbu Ubeydəyə istinadən xəbər verir ki, “Biz yaxın günlərdə ölən məhbusların adlarını və şəkillərini açıqlayacağıq ki, digər yaralı məhbusların taleyi də müəyyənləşsin.”
Əl-Qəssam batalyonları dünən bazar günü elan ediblər ki, işğalçı rejim ordusunun Qəzza zolağına son 96 saat ərzində təşkil etdiyi hücumlarda 2 israilli məhbus həlak olub, onlardan 8-i yaralanıb.
HƏMAS-ın hərbi qolu öz bəyanatında qeyd edib ki, davam edən hücumlar və bombardmanlar nəticəsində yaralanan bu insanların həyatlarına görə bütün məsuliyyət sionist düşmənin üzərinə düşür.
Qəzzaya qarşı 129 günlük müharibənin keçməsinə və batalyon və briqadaların geri çəkilməsinə səbəb olan İsrail rejimi ordusunun itkilərinin artmasına baxmayaraq, Netanyahu Həmas-ın əsirlərin mübadiləsi üçün atəşkəs şərtlərini rədd etdi və iddia etdi ki, o, qarşıdakı 2 həftə ərzində Rəfaha qurudan hücuma keçəcək.
Bu qərar çoxsaylı etirazlara səbəb olub və hətta İsrail ordusunun rəsmilərindən birinin istefası ilə nəticələnib. Ordunun Baş Qərargah rəisi Herzi Halevi bu hücuma qarşı “Rəfahdakı əməliyyatlar evakuasiya əməliyyatları və Misirlə koordinasiya da daxil olmaqla əlverişli şəraitin təmin edilməsini tələb edir.” – dedi.
Dünən gecə İsrail məhbuslarının ailələri Knesset qarşısında toplaşaraq atəşkəs razılaşmasını tələb edərkən Netanyahu müharibəni genişləndirməyi planlaşdırır. İsrail ordusunun vəziyyəti yaxşı deyil və bir neçə saat əvvəl Əl-Qəssam 10 İsrail əsgərini öldürdüyünü açıqlayıb.