İsrail “Qəzəb günü”ndə İordan çayının qərbində 37 fələstinlini həbs edib
Qəzzaya hücuma görə İordan çayının qərb sahilində “qəzəb günü”ndə həyata keçirilən dəstək aksiyaları çərçivəsində 37 fələstinli həbs edilib.
Bildirilib ki, Qəzzaya hücuma görə İordan çayının qərb sahilində “qəzəb günü”ndə həyata keçirilən dəstək aksiyaları zamanı 37 fələstinli həbs edilib.
Qeyd edək ki, bu aksiyalar zamanı 4 fələstinli həlak olub.
Bu aksiyalar zamanı baş verən qarşıdurmalar və hücumlarda 1400 fələstinli yaralanıb və xəsarət alıb.
Xatırladaq ki, son 10 gündə İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 220-ə çatıb ki, onların 63-ü uşaqdır.
Salamnews