İsrail Qəzzada azad edilən 14 girovdan ibarət qrupun Misirə göndərildiyini bildirib
Qəzza zolağında HƏMAS tərəfindən girovluqda olan 10 İsrail vətəndaşı və Tailanddan olan 4 nəfər artıq Misirdə və İsrailə doğru hərəkət edir.
Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri azad edilən girovları Misirə, oradan isə İsrailin “Kerem-Şalom” keçid məntəqəsinə göndəriblər.
İsrailə çatdıqdan sonra keçmiş girovların şəxsiyyəti təhlükəsizlik rəsmiləri tərəfindən yoxlanılacaq. Sərbəst buraxılanların ailələrinə hərbçilərdən bildirişlər verilib.