İsrail Qəzzada azad olunan girovların ilk hissəsini qəbul etməyə hazırlaşır
Qəzza zolağında atəşkəs və orada saxlanılan israilli əsirlərin azad edilməsinə dair razılaşmanın yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə saat 10:30) qüvvəyə minməsi gözlənilir.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, İsrail hakimiyyəti bir ildən çoxdur fələstinli radikallarla birlikdə əsirlikdə olanların ilk qrupunu qəbul etməyə hazırlaşır.
Əldə olunan razılaşmalara əsasən birinci qrup üç nəfərdən ibarət olmalıdır. Yanvarın 18-də axşam saatlarında ilk olaraq azad ediləcək əsirlərin adları açıqlanmır.
Dünən İsrail Ordusu azad edilənlərdən birinci hissəsini qarşılamaq üçün hazırlıq gördüyünü bildirib. Ordunun Mətbuat xidməti bildirib ki, hərbçilər onlara “hər bir detala diqqətlə yanaşaraq, müvafiq fiziki və psixoloji dəstək verəcək”.
Eyni zamanda, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevi atəşkəs rejiminin qüvvəyə minməsi şərtləri ilə “cənub istiqamətində müdafiə planlarını” təsdiqləyib