İsrail Qəzzada müharibəni uduzdu
Qətərdə Fələstin müqavimətinin xeyrinə atəşkəs müqaviləsi bağlandı
Bu barədə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Salman Əl Taninin bəyanatda deyilir:
“Qətər, Misir və ABŞ Qəzzədə atəşkəs razılaşmasını sevinclə elan etdilər.
Qətər və Misirin iştirakı ilə HƏMAS-İsrail arasındakı gözlənilən atəşkəs razılaşmasının şərtləri:
Birincisi: işğalçı İsrail qüvvələrinin Qəzzə zolağının bütün ərazilərindən, o cümlədən Netzarim və Filadelfiya xətlərindən mərhələli şəkildə tam geri çəkiləcək.
İkinci: Keçidlərin açılması:
1. Malların və humanitar yardımların hərəkətini təmin etmək üçün Rəfah keçidinin tamamilə açılması.
2. Qətər Dövlətinin himayə etdiyi humanitar protokola əsasən hər gün 600 yardım maşınının gətiriləsinə başlanılacaq.
Üçüncüsü: Təsirə məruz qalanlara yardım və sığınacaq:
1. Təcili sığınacaq təmin etmək üçün 200.000 çadır və 60.000 karvan gətiriləcək.
2. Sektordakı xəstəxanaların bərpası və tibbi-cərrahi qrupların və sahə xəstəxanalarının qurulacaq.
Dördüncüsü: Əsirlərin azad edilməsi:
1. 19 yaşından kiçik qadınlar və uşaqlar da daxil olmaqla 1000 fələstinli məhbusun azad edilməsi də daxil olmaqla əsir mübadiləsi.
2. Ölü və diri 33 İsrailli əsirin və qalan əsirlərin təhvil verilməsi üçün sonrakı mərhələlərdə tamamlanacaq danışıqlarla təhvil veriləcək.
Beşinci: Köçkünlərin qayıdışı və sərbəst hərəkəti:
1. Köçkünlərin Qəzzə zolağının şimal və cənubundakı məskunlaşdıqları ərazilərə yoxlamasız qaytarılması və bölgələr arasında hərəkət azadlığının təmin ediləcək.
2. Qəzzə zolağında işğal olunmuş ərazilərdən tədricən geri çəkiləcək
Altıncı: Hava reydlərinin dayandırılacaq:
İsrail təyyarələrinin gündə 8-10 saat Qəzzə zolağının hava məkanında olmaması nəzərdə tutulur.
Yeddinci: İcra mərhələsi:
Sazişin birinci mərhələsi 6 həftə müddətində, daha sonra isə razılaşdırılmış maddələrin tamamlanması üçün ikinci və üçüncü mərhələlər həyata keçiriləcək.
Səkkizinci: Dağıdılmış ərazilərin bərpası:
Əhaliyə xidmətlərin göstərilməsini təmin etmək üçün xəstəxanaların və əsas infrastrukturun bərpa ediləcək.