İsrail Qəzzanı artileriyadan hədəfə alıb, yaralananlar var

İsrail ötən gecə tank və toplardan Qəzzanın müxtəlif bölgələrini hədəfə alıb. İki nəfər yaralanıb.
İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.
Bildirilib ki, Qəzzada əl-Mağazi qaçqın düşərgəsində mərmilərin bir evə düşməsi nəticəsində iki nəfər yaralanıb.
Yaralılar Dirul-Bələh bölgəsində xəstəxanaya çatdırılıblar.
İsrail artileriyası ötən gecə Qəzza şəhərinin şərqini, Qəzzanın şimalında Beyt-Hanun qəsəbəsini və regionun mərkəzində iki qaçqın düşərgəsini hədəfə alıb.
İsrail bu hücumu, Qəzzadan mərmilər və raketlərin atılması ilə əlaqələndirib.
Qeyd edək ki, milyonlarla insanın yaşadığı Qəzza 2008-ci ildən hava, quru və sudan İsrailin mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfəh keçidi isə nadir hallarda və məhdudiyyətlər tətbiq edilməklə açılır.