İsrail Qəzzaya ərzaq maddələrinin girişinə icazə verəcək

İsrail Qəzzaya ərzaq maddələrinin girişinə icazə verəcək

İsrail qıtlıq təhlükəsinin qarşısını almaq üçün Qəzza zolağına əsas qida maddələrinin daxil olmasına icazə verəcək.

APA xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin tövsiyəsi və HƏMAS-a qalib gəlmək üçün intensiv döyüşlərin genişləndirilməsinin təcili zərurətini nəzərə alaraq, İsrail Qəzza zolağında aclıq böhranının yaranmasının qarşısını almaq üçün əhalini əsas ərzaq məhsulları ilə təmin edəcək”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd edilib ki, İsrail HƏMAS-ın humanitar yardımın paylanmasına nəzarəti ələ keçirməsinin qarşısını almaq və bu yardımın terrorçulara çatmamasını təmin etmək üçün çalışacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =