İsrail Qasim Süleymaninin terrora məruz qalmasında da rolu olduğunu bildirib

İsrail Qasim Süleymaninin terrora məruz qalmasında da rolu olduğunu bildirib

İsrailin sabiq hərbi rəsmisi, Mossad-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun mərhum komandiri general Qasım Süleymaninin terrora məruz qalmasında rol oynadığını açıqlayıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İsrail ordusunun kəşfiyyatı ilk dəfə olaraq İslam İnqilabı Keşikçiləri Ordusunun Qüds Korpusunun keçmiş komandanı general Qasım Süleymaninin ABŞ-ın Bağdada endirdiyi hava zərbələrində öldürülməsindəki rolunu açıqlayıb.

İsrail Ordusunun kəşfiyyat xidmətinin keçmiş rəhbəri Tamir Hayman mətbuata müsahibəsində Süleymaninin terrora məruz qalmasında Mossadın rol oynadığını etiraf edib. O, bildirib ki, bu vəzifədə işlədiyi müddətdə iki mühüm “əməliyyatın” şahidi olub, birincisi İran komandiri Qasım Süleymaninin, ikincisi isə Fələstinin İslami Cihad hərəkatının lideri “Bəha Əbu əl-Əta”nın hədəfə alınmasıdır.

Hayman iddia edib ki, İsrail kəşfiyyatı bu əməliyyatların uğurlu keçməsilə, İranın Suriyada yerləşməsinin qarşısını alıb və İrandan pul və silah transferinə mane olub.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =