İsrail qırıcılarının Rəfəhi bombardmanı nəticəsində 3 fələstinli şəhid olub

İsrail qırıcılarının Rəfəhi bombardmanı nəticəsində 3 fələstinli şəhid olub

İsrail döyüş təyyarələri Qəzza zolağının cənubunda, Rəfəhin qərbində 2 evə hücum edib, nəticədə 3 fələstinli şəhid olub, 12 nəfər yaralanıb.

Fələstin mediası bu gün axşam saatlarında (cümə) İsrail qırıcılarının yaşayış evlərini yenidən bombalamağa başladığını bildirib.

Bu mənbələrə əsasən, sionist qırıcıların Rəfəhin qərbində iki evə hücumu zamanı 3 nəfər şəhid olub, 12 nəfər isə yaralanıb. İsrail qüvvələri hələ də fələstinli mülki insanları bombalayır.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudrə bu gün sionist rejimin hücumlarının qurbanlarının sayının 11 min 780 şəhid və 27 min 490 yaralıya çatdığını açıqlayıb.

Eyni zamanda Əl-Qudrə bu şəhidlər arasında 4506 uşaq, 327 qadın və 678 qocanın olduğunu bildirib. Bu gün Qəzza hökumətinin media ofisi də işğalçıların Əş-Şifa tibb kompleksini bombalaması nəticəsində 13 fələstinlinin şəhid olduğunu və onlarla yaralının olduğunu açıqlayıb. İsrail qırıcıları təkcə bu gün səhər saatlarında bu xəstəxananın səhra klinikalarına 4 dəfə hücum ediblər.

İşğalçı rejim ordusunun zirehli tankları “Ər-Rentisi” və “Ən-Nəsr” uşaq xəstəxanalarını, oftalmologiya və psixi sağlamlıq sahəsində fəaliyyət göstərən daha iki xəstəxananı hər tərəfdən mühasirəyə alıb.

Xəbər mənbələrinə görə, minlərlə xəstə, xəstəxana işçisi, tibb işçisi və qaçqın xəstəxanalarda yeməksiz və susuz qalıb və hər an ölüm riski ilə üzləşib.

Sionist rejim qüvvələrinin ötən saatlarda 12 qırğın törətdiyinə, 260 nəfərin şəhid olmasına işarə edən Əl-Qudrə deyib: 2700 nəfər həlak olub, onlardan 1500-ü hələ də dağıntılar altında qalan uşaqlardır.

O, 198 tibb işçisinin şəhid olmasını və 53 təcili yardım maşınının məhv edilməsini vurğulayaraq İsrailin 135 tibb mərkəzini hədəfə aldığını və 21 xəstəxananın fəaliyyətini dayandırdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 2 =