İsrail Qüdsün şimalında həbslər həyata keçirib, dörd fələstinli güllə yarası alıb
İsrail təhlükəsizlik qüvvələri işğalda olan Qüdsün şimalında Kalandiya düşərgəsində həbslər həyata keçirib, yaralananlar var.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrailin təhlükəsizlik qüvvələri bu gün işğal edilmiş Qüdsün şimalında fələstinli qaçqınların məskunlaşdığı Kalandiya düşərgəsinə basqın edərək, həbslər həyata keçirib.
Baş verən toqquşma zamanı azı 4 fələstinli yaralanıb.
Məlumata görə güllə yarası alan yaralılar İordan çayının mərkəzində olan Ramallah xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, İordan çayının qərbi və Qüdsün şərqi 1967-ci ildən İsrailin işğalı altındadır. İsrail bu bölgələrdə 300-dən çox yəhudi yaşayış massivi salıb. ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra bölgədə qalmış fələstinlilərin müqaviməti artıb.