İsrail Quterreşi “persona non-grata” elan etdi
İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi “persona non-grata” elan edib və onun ölkəyə girişini yasaqlayıb.
Bu barədə qurumun rəsmi saytında bildirilib.
Sənəddə bildirilir ki, bu qərar Quterreşin “İranın İsrailə qarşı iyrənc hücumuna” reaksiyası ilə əlaqədar verilib. İsrail Xarici İşlər Nazirliyi BMT baş katibini hücumu lazımınca pisləmədiyinə görə qınadığını bildirib.