İsrail qüvvələri 18 fələstinlini həbs etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinli Məhkumlar Dərnəyi tərəfindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin gecə saatlarında Tulkərim şəhəri başda olmaqla İordan çayının qərb sahilinə və Qüdsün bəzi bölgələrinə basqın etdiyi ifadə edilib.
Açıqlamada 3-ü Qüdsün İsəviyyə bölgəsindən olmaqla, 18 fələstinlinin müxtəlif iddialarla saxlanıldığı ifadə edilib.
Yerli mənbələr tutulanlar arasında çox sayda keçmiş məhbusun və “İslami Cihad”a yaxın bəzi şəxslərin olduğunu bildirib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Qüdsdəki evlərə tez-tez basqın edən İsrail qüvvələri fələstinliləri müxtəlif iddialarla həbs edirlər. Adi hala çevrilən bu həbslərdən sonra aralarında qadın və uşaqların da olduğu fələstinlilərdən bəziləri günlərlə həbsxanalarda saxlanılır.