İsrail qüvvələri İordan çayının Qərbində etiraz aksiyasına müdaxilə edib, 200-dən çox fələstinli xəsarət alıb

İsrail qüvvələri İordan çayının Qərbində etiraz aksiyasına müdaxilə edib, 200-dən çox fələstinli xəsarət alıb

İşğal altında olan İordan çayının Qərb sahilində Nablus şəhəri ətarfında fələstinlilər aksiya keçiriblər. Gecə saatlarında baş tutan bu aksiyaya müdaxilə nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

Bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Bildirilib ki, Nablusun cənubunda (işğal altında olan ərazilərdə) İsrailin qeyri-qanuni olaraq tikdiyi yaşayış massivi qarşısında fələstinlilərin keçirdiyi aksiyaya zorakı müdaxilə nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

İsrail qüvvələri bu müdaxilə zamanı gözyaşardıcı qazlar və rezin güllələrlə yanaşı odlu silahdan da istifadə edib.

Qeyd edək ki, fələstinlilər son aylarda gecə saatlarında “İrbak ləyli” aksiytalarına start veriblər. Fələstinlilər bu növ aksiyaların işğal edilmiş ərazilərinin azadlığı üğrunda əhəmiyyətli olduğunu bildirirlər.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eighteen =