İsrail qüvvələri təcili yardım avtomobilinə hücum etdi

İsrail qüvvələri təcili yardım avtomobilinə hücum etdi

Ötən gün İsrail rejimi hərbçiləri İordan çayının qərb sahilində güllə yarası alan fələstinlini daşıyan təcili tibbi yardım avtomobilinə hücum edib.Bu barədə Fələstin mətbutı məlumat verib.

Məlumata əsasən, dinc etiraz aksiyasında iştirak edən və yaralanan fələstinlini xəstəxanaya aparan təcili yardım avtomobili İsrail hərbçilərinin hücumuna məruz qalıb. Hərbçilər yaralı fələstinlini zorla təcili yardım avtomobilindən çıxarmağa cəhd ediblər. Fələstinli həkimlər buna mane olub.

Xatırladaq ki, hərbçilərin təcili yardım və həkimlərə hücum etməsi, yaralılara zor tətbiq etməsi hərbi cinayət hesab edilir.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 4 =