İsrail qüvvələri xəstəxanaya basqın etdi
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələri İordan çayının qərb sahilində Tülgərimdəki bir xəstəxanaya basqın edib.
Bu barədə Fələstinin Səhiyyə naziri Mey Keyl yazılı açıqlamasında bildirib. Keyl basqın zamanı İsrail rejimi qüvvələrinin xəstəxananın içərisində 3-ü təcili yardım otağına olmaqla, 4 səs bombası atdığını söyləyib.
Fələstinli nazir bu hücumu qınayıb və İsrailin bütün beynəlxalq sazişləri və normaları pozduğuna diqqət çəkib.
Yerli mənbələrə görə, bu İsrail qüvvələrinin son bir ayda işğal altındakı İordan çayının qərb sahilindəki və Qəzza zolağındakı xəstəxanalara üçüncü hücumu olub.