İsrail rəsmisi: “HƏMAS danışıqlarda qeyri-mümkün şərtlər irəli sürür”

İsrail rəsmisi: “HƏMAS danışıqlarda qeyri-mümkün şərtlər irəli sürür”

“Fələstinin HƏMAS radikal hərəkatı Qəzzada saxlanılan girovların azad edilməsi təklifindən imtina etməkdə davam edir və anklavda vəziyyətin nizamlanması üzrə danışıqlarda qeyri-mümkün şərtlər irəli sürür”.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə çıxışı zamanı deyib.

“HƏMAS israrla imtinaya davam edir və qəbuledilməz şərtlər irəli sürür”, – deyə o bildirib.

“Son məlumatlara görə, İsrail hələ də vasitəçilər üzərindən HƏMAS-dan rəsmi cavab gözləyir. Lakin hazırda mən deyə bilərəm ki, HƏMAS İsrailin artıq razılaşdığı girovların azad edilməsi təklifindən imtina etməkdə davam edir”, – deyə Menser əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 19 =