İsrail rəsmisi: Müharibə Həmasın xeyrinə başa çatdı
İsrail kəşfiyyatının keçmiş rəsmisi Qəzzada müharibənin Həmasın xeyrinə başa çatdığını etiraf edib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İsrail kəşfiyyatının keçmiş rəsmisi, hərbi və təhlükəsizlik məsələləri üzrə tədqiqatçı Jak Niria bu gün (27 yavnar) deyib: HƏMAS olduğu kim mövcuddur, Qəzzəni idarə edir və xalq onunla birlikdədir.
Jak Niria əlavə edib: Fələstinlilərin Qəzzəyə yenidən daxil olması öz yaşam potensialları və üstünlüklərini sübut etdi. Bu, müharibənin sona çatdığını göstərir. İsrailin nöqteyi-nəzərindən bu, böyük uğursuzluqdur. Çünki Tel Əviv Həması məhv etmək məqsədinə nail olmadı.