İsrail rejim qırıcıları Suriyanın şərqini bombalayıb
İşğalçı İsrail rejim qırıcıları Suriya-İraq sərhədi bölgəsində yerləşən Bu-Kamal bölgəsinə və Deyrizor şəhərinə aviazərbələr endirib.
Maide.Az “Sana”a istinadla xəbər verir ki, hücum yerli vaxtla saat 01:10-da baş verib.
Hələlik hücum nəticəsində ölən və yaralananların olması barədə məlumat verilməyib.
Qeyd edək ki, yanvar ayının əvvəlində də işğalçı İsrail rejim Suriya ərazisini bombalamağa cəhd eidb. Suriya Havadan Müdafiə qüvvələri İsrail rejimin aviazərbələrinə qarşılıq vermişdi.