İsrail rejimi əsgərləri fələstinli uşağa atəş açdılar – Video

İsrail rejimi əsgərləri fələstinli uşağa atəş açdılar – Video

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hərbçiləri tərəfindən Fələstinli uşaqlara qarşı törədilən cinayətlərin yeni videosu yayımlanıb.

“Şahab” ​​xəbər agentliyinin verdiyi məlumata görə, bu videoda görsəndiyi kimi Hebronda bir fələstinli uşaq iki sionist əsgərdən qaçmağı bacarsa da əsgərlər ona tərəf odlu silahdan atəş açırlar.

Qeyd edək ki, cümə günü Hebronun bəzi bölgələrində fələstinli fəal Nizar Bənatın qətlinə etiraz olaraq nümayişlər keçirilmişdir.

Məlumata görə Bənat, təqribən on gün əvvəl Muxtariyyət təhlükəsizlik orqanları tərəfindən həbs olunan zaman ağır şəkildə döyülmüş və bundan sonra onun ölməsi elan edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + sixteen =