İsrail rejimi Aİ-yə etiraz etdi

İsrail rejimi Aİ-yə etiraz etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İbrani dilli mənbələr çərşənbə günü axşam Təl-Əvivin AB-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi elçisi Sven Kupmansla görüşməyi qadağan etdiyini bildirmişlər.

“Əl-Ərəbi Əl-Cədid” qəzeti sionistlərin “Vala” veb saytına istinadən yazıb ki, bu addım, Avropa Birliyinin Qəzza bölgəsindəki son mövqeyinə etiraz olaraq atılıb. İsrail Xarici İşlər və Müharibə Nazirlikləri keçən həftə Fələstindəki “sülh prosesi” üzrə AB-nin xüsusi elçisi ilə hər hansı bir görüşü boykot edib.

“Vala” veb saytı rəsmi sionist rejimi mənbələrinə istinad edərək, Təl-Əviv Dövlət Departamentinin, keçən ay Qəzza zolağına qarşı təcavüzü zamanı AB-nin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrellin mövqeyinə görə “qəzəbli” olduğunu bildirib.

Məlumata görə, Təl-Əviv bu qəzəbinin səbəbi Borrellin Fələstin müqavimət raketlərinin İsrail ərazisinə atılmasını “qətiyyətlə” qınamamasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 1 =