İsrail rejimi Fələstinin cənubunda raket sistemi yerləşdirdi
Sionist İsrail rejimi Yəmənin raket hücumlarından qorxaraq cənubi Fələstində raket əleyhinə sistem yerləşdirib.
Deyerler.org Almasdarnews-a istinadən xəbər verir ki, sionist rejimin mediası İsrail rejiminin Yəmənin işğal altındakı Fələstinə hücumlarından qorxaraq, cənubda Dəmir Qübbə sistemləri yerləşdirdiyini bildirib.
Sionist rejimdəki xəbər mənbələri rejimin Yəməndən qaynaqlanan hücumlardan narahat olduğunu söyləyib.
Maarif qəzetinin yazdığına görə, İsrail rejiminin ordusu Fələstinin cənubunda işğal altında olan bir sıra Dəmir Qübbə sistemlərini yerləşdirməyə qərar verib.
Bu xəbərlərə görə, İsrail rejiminin ordusu bu sistemin bir sıra platformalarını işğal altındakı Fələstinin cənubundakı Umm Əl-Rəşaş şəhərinin yaxınlığında hərəkətə keçirib və raket hücumlarının Yəmən tərəfindən həyata keçiriləcəyindən qorxur.
Umm Ər-Rəşaş və ya Eilat şəhəri işğal altındakı Fələstinin ən cənub bölgəsində, Əqəbə Körfəzinə baxır. Əhəmiyyətli Eilat limanı da bu şəhərdə yerləşir.
Yəmən Milli Qurtuluş Hökumətinin səlahiyyətliləri son iki ildə Sionist rejimin bölgədəki sərgüzəştləri və Yəməndə qalma səyləri barədə xəbərdarlıq etmiş və ölkənin raket və PUA qüvvələrinin işğal altındakı Fələstində əməliyyat keçirmə qabiliyyətini vurğulamışlar.