İsrail rejimi fələstinlilərin tarixi mirasının 85%-ni işğal edib

Fələstinin Mərkəzi Statistika İdarəsi (PCBS) tərəfindən aparılan araşdırmaya əsasən, sionist İsrail rejiminin Fələstinin tarixi bölgələrinin 85 faizini işğal etdiyi məlum olub.

PCBS Qəzzanın 24 faizini, İordan vadisinin 90 faizini və İordan çayının qərb sahillərindəki tarixi irsin 29 faiznin sionist İsrail tərəfindən istifadə edildiyini açıqlayıb.

PCBS-ə hesab edir ki, sionist İsrail rejimi, xüsusilə qədim Qüdsün demoqrafiyasını dəyişməyə çalışır. Hesabatda 2015-ci il dövründə Şərqi Qüdsdə 12600 məskunlaşma yerinin tikintisi təsdiq olunub.

Qüdsdəki Ali İslamı Heyətin sədri şeyx İkrimə Sabri Əl-Əqsa məscidinin cənubundakı Əməvi saraylarına qarşı pozuntularını davam etdirən sionist rejiminin müsəlmanlara aid tarixi əsərlərə müharibə başlatdığını deyir.
(Deyerler.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − fourteen =