İsrail rejimi İbrahim (ə) məscidini müsəlmanların üzünə bağladı

Sionist rejim bu gün (28 sentyabr) yəhudilərin “Bağışlanma” bayramı bəhanəsi ilə İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərində İbrahim peyğəmbərin (ə) qəbrinin olduğu İbrahimin Əl-Xəlil məscidinin qapılarını bağlayıb.
Deyerler.org Qüds Press-ə istinadən xəbər verir ki, İsrail rejimi sionist gəlmələrin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə İbrahim (ə) məscidi və Əl-Xəlilin qədim hissəsi ətrafında da təhlükəsizlik tədbirlərini gücləndirib.
KİV mənbələrinə görə, xeyli sayda sionist qüvvə Əl-Xəlil şəhərinin köhnə hissəsinə yerləşdirilib və ərazini fələstinli sakinlərə daraldıb.
Xatırladaq ki, sionist rejim bu ayın 20-də də eyni bəhanə ilə iki günlük İbrahim (ə) məscidini bağlamışdı.