İsrail rejimi İranı özü üçün ən böyük təhdid görür
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı İsrail Müharibə Naziri Benni Qantz, Parisə 10 saatlıq səfəri zamanı bu ölkənin Müdafiə Naziri və Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi də daxil olmaqla bir sıra Fransa rəsmiləri ilə görüşüb.
Arutz Sheva web saytının yazdığına görə, görüşlər zamanı Qantz İsrail ilə Fransa arasında strateji hərbi əlaqələrdən, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışıb.
Bu məlumata görə, onun Fransa rəsmiləri ilə görüşdə əsas mövzularından biri “İranın nüvə ambisiyalarına və bölgədə (Qərbi Asiyada) silahlanma rəqabətinin artması riskinə qarşı mübarizənin vacibliyi” olub.
Qantz, fransızlarla söhbətində İran İslam Respublikasına qarşı əsassız və uydurma iddiaları təkrarlayaraq deyib: “İran qlobal və regional bir problem və İsrail üçün ən böyük təhdiddir. İsrail özünü müdafiə etmək üçün lazım olan hər addımı atacaqdır.”