İsrail rejimi İraqdakı yanğınların arxasında olmaqda ittiham edildi

İsrail rejimi İraqdakı yanğınların arxasında olmaqda ittiham edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı “Əsaib Əhl əl-Həqq”-in baş katibi Şeyx Qeys Əl-Xəzəli son hadisələrdəki sionistlərin rolu, eləcə də müqavimət qruplarının əməliyyatları və hazırkı hökumətin fəaliyyəti barədə danışıb.

O, ötən gecə Qurban Bayramı münasibətilə çıxış edərkən deyib: “Bu il əsasən şiələrin yaşadığı ərəb bölgələrində geniş yayılmış yanğınların artması təbii deyildir. Bu cür hadisələr müqavimət qüvvələrini və Həşdu Şabini dəstəkləyən iraqlı şəxsiyyətlərə böyük maddi ziyan vurmuşdur.”

Xəzəli daha sonra deyib ki, şiə bölgələrində baş verən yanğınlarda bir çox sual doğuran məqamlar vardır. Son üç ildə bu kimi hadisələr çox olub və bu hadisələrin gözlənilməz və təbii hadisə olduğu düşünülürdü. Lakin sonradan məlum oldu ki, əksər vaxtlarda və bütün hallarda bu hadisələrin arxasında sionist rejimi durur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 3 =