İsrail rejimi Qəzzaya daxil olan yardımlara nəzarət etməyə çalışır

Beş böyük qlobal yardım agentliyi və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri Təl-Əvivin Qəzzaya humanitar yardımın daxil olmasına və paylanmasına birbaşa nəzarət etmək planı barədə xəbərdarlıq ediblər.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, “Washington Post” qəzeti bu gün (6 mart) rəsmilərə istinadən yazıb: İsrailin Qəzzaya gələn yardıma və onun paylanmasına birbaşa nəzarət etmək planı var. Bu plana əsasən, yardım üçün yalnız bir giriş nöqtəsi, Kərəm Əbu Səlim keçidi açıq qalacaq və Qəzza daxilində yardımların paylanması üçün izləmə sistemi qurulacaq.