İsrail rejimi qüvvələrinin işgəncəsi nəticəsində yaşlı fələstinli kişi şəhid olub
Fələstin mediası çərşənbə günü yaşlı bir fələstinli kişinin rejim qüvvələrinin hücumu və saxlanması nəticəsində şəhid olması barədə məlumat yayıb.
Fələstin mediası çərşənbə günü yaşlı bir Fələstin vətəndaşının İsrail qüvvələri tərəfindən saxlanıldığı zaman öldüyünü xəbər verib.
Media bu gün səhər saatlarında Ramullahın şimal-qərbindəki Cəlcəliya kəndindən olan 80 yaşlı kişinin sionist yaraqlıların həbsi və hücumu zamanı həlak olduğunu bildirib.
Şahidlərin sözlərinə görə, sionist yaraqlılar qoca Fələstin vətəndaşının gözləri və əl-qolunu bağlayaraq, onu yerlə sürükləyiblər.
Fələstin İslami Cihad Hərəkatı bəyanatda bu addımı müharibə cinayəti kimi qiymətləndirib və cinayətkar işğalçıların ədalət qarşısında cavab verməli olduqlarını bildirib.
Bəyanatda sionist işğalçıların ölkənin hər yerində Fələstin övladlarının qanını tökdüyü və bu cinayətlərin heç bir maneə olmadan dünyanın və İsrail rejimi ilə saziş bağlayan hökumətlərin gözü qarşısında həyata keçirildiyi vurğulanıb.
“İşğalçı qüvvələrin törətdiyi işgəncə cinayəti 80 yaşlı Ömər Əsədin şəhid olmasına səbəb olub və bu, işğalçıların davam edən saysız cinayətlərinə əlavə olunan ən vəhşi cinayətdir., -deyə İslami Cihad deyib.