İsrail rejimin ən təhlükəli casus proqramı aşkar edilib

İsrail rejimin ən təhlükəli casus proqramı aşkar edilib

Qətərin Əl-Cəzirə telekanalı sənədli filmdə bir sıra ərəb ölkələrinin, xüsusən Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejiminin proqram təminatından istifadə edərək, mobil telefonları elektron sındırma halları ifşa edilib. Əl-Cəzirənin “Böyük Sir” teleproqramı İsrail rejiminin qabaqcıl dinləmə proqramlarından istifadə edərək jurnalistlərin və siyasi fəalların mobil telefonlarına nəzarət etməsini ifşa edib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, araşdırma zamanı, BƏƏ-nin İsrail rejiminin casus proqramı və telefon dinləmə texnologiyası şirkətləri ilə nəhəng investisiya müqavilələrini ortaya çıxıb. Proqram çərçivəsində Kanada tədqiqat institutu ilə birlikdə, telefon danışıqları və cib telefonu nəzarəti haqqında ətraflı məlumat əldə etmək mümkün olub. Əl-Cəzirə müxbirinin bildirdiyinə görə, İsrail rejiminin hazırladığı proqram cihaz sahibinin şübhəli işarəni təsdiqləmədən, danışıqlarını izləməyə imkan verir. Casus tətbiqetməsi smartfona gələn anonim telefon zənginə cavab vermədən, həmin telefonu sındırmağa imkan verir. Bu casus texnologiyası İsrail rejiminin “NSO” kiber təhlükəsizlik şirkəti tərəfindən yaradılıb. İsrail rejiminin “NSO” casus proqramının prototipinin qiyməti 3 milyon dollar məbləğində ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 15 =