İsrail rejimin “Dəmir qübbə”si effektivliyini itirib
İsrail rejiminin Ediot Axronot qəzeti sionist rejimin ordusunun “Dəmir qübbə” raketdən müdafiə sisteminin qeyri-effektivliyini etiraf edib. Söhbət sionist rejimin müqavimət qüvvələri qarşısında istifadə etdiyi “Dəmir qünbbə” raketdən müdafiə sisteminin davamlı çatışmazlığından gedir.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, yüksək qiymətə alınan raket əleyhinə sistem artıq neçənci dəfədir ki, müqavimət cəbhəsinin raketlərini tuta bilmir. “Dəmir qübbə”nin qeyri-effektivliyi son dəfə noyabrın 21-i gecə baş verib. Sionist rejimin ordusu, raket əleyhinə sistemin Aşkelondan atılan raketi niyə tuta bilmədiyini araşdırır.
Bundan əvvəl İsrail rejiminin televiziyasının 13-cü kanalının hərbi analitiki Alvin Ben David raketdən müdafiə sisteminin İsrail rejiminin yaşayış məntəqələrinə Qəzza zolağından atılan iki raketi tuta bilmədiyini etiraf etmişdi.